BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də keçiriləcək görüşünü alqışlayır - EKSKLÜZİV
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşü alqışlayır.
Bu barədə “Report”un ABŞ bürosuna açıqlamasında BMT Baş katibi sözçüsünün müavini Fərhan Haq bildirib.
Onun sözlərinə görə, BMT Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində bütün irəliləyişləri daim dəstəkləyib və təşviq edib.
"Xüsusilə, mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan mühüm idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderləri ilə Prezident Donald Tramp arasında keçiriləcək sabahkı görüşü müsbət qarşılayır və alqışlayır”, - deyə Fərhan Haq vurğulayıb.
Oxşar xəbərlər
Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır və ölkələr arasında normallaşmanı dəstəkləyir
Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














