İran və Azərbaycan sərhəddə birgə layihələrin icrasının tezləşdirilməsini istəyir
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq, xüsusilə də birgə sərhəd layihələrinin icrası müzakirə olunub.
Görüş zamanı hər iki tərəf Astara dəmiryolu yük terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında sıx təmasların iki ölkə arasında münasibətlərin dərinləşməsində xüsusi rol oynadığı qeyd edilib.
Tərəflər, habelə yaxın vaxtlarda qarşılıqlı səfərlərlə bağlı razılığa gəliblər.
Görüşdə layihələrin irəliləməsi, qarşıda duran problemlərin həlli və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Şahin Mustafayev İran səfiri ilə görüşüb
Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Şahin Mustafayev İrana səfər edəcək
Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













