Kobaxidze və Ermənistan Prezidenti Azərbaycanla sülh sazişi üzrə danışıqları müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanda BMT Konfransı çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşüb.
Sizinxeber.az xəbər verir ki, Gürcüstan hökumətinin məlumatına görə, görüşdə Gürcüstan və Ermənistan arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq, eləcə də regionda mövcud proseslər müzakirə olunub.
“Görüşdə Cənubi Qafqazda sülhün və sabitliyin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Baş nazir Ermənistan və Azərbaycanın sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanatının bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb. İrakli Kobaxidze həmçinin Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və bununla da regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda bildirilir.
Oxşar xəbərlər
Kobaxidze Paşinyanla sülh prosesinin gedişini müzakirə edib
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün təşviq edilməsində müsbət rol oynayır
İrakli Kobaxidze Ermənistan Prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













