Tokayev: Məhdud nəqliyyat əlaqələri dənizə çıxışı olmayan ölkələr üçün əsas çağırış olaraq qalır
Məhdud regional nəqliyyat əlaqələri hələ də dənizə çıxışı olmayan ölkələr üçün əsas problem olaraq qalır.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransında bildirib.
Onun sözlərinə görə, bu problem yüksək tranzit və ticarət xərcləri, həmçinin geosiyasi amillərə qarşı həssaslıq da daxil olmaqla bir sıra iqtisadi çətinliklərə səbəb olur: "Bu məhdudiyyətlər vətəndaşların rifahına təsir edir və rəqabət qabiliyyətini azaldır. Onlar münaqişələr, iqtisadi sanksiyalar, təchizat zəncirindəki pozuntular və qlobal etimadsızlığın artması ilə daha da dərinləşir".
Qazaxıstan lideri qeyd edib ki, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədə yarım milyarddan çox insan hələ də maliyyə resurslarına, texnologiyalara və dünya bazarlarına çıxışda maneələrlə üzləşir.
"Nəqliyyat, enerji və rəqəmsal infrastruktur kimi əsas sektorlara investisiya qoyuluşunu stimullaşdırmaq üçün innovativ maliyyə mexanizmləri lazımdır", - Tokayev bildirib.
O, daha bir problemin iqlim dəyişikliyi olduğunu deyib: "Dənizə çıxışı olmayan inkişaf etməkdə olan bir çox ölkələr su çatışmazlığı, buzlaqların əriməsi, səhralaşma və digər ekstremal hava hadisələri ilə üzləşir. Bu problemlərin həlli əlaqələndirilmiş regional səylər və fəal beynəlxalq dəstək tələb edir".
Tokayev iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin gücləndirilməsi üçün iştirakçıları gələn ilin aprelində Astanada BMT ilə tərəfdaşlıqda keçiriləcək Regional Ekoloji Sammitə dəvət edib.
Oxşar xəbərlər
BMT-nin Baş katibi dənizə çıxışı olmayan ölkələri dəstəkləməyə çağırıb
Tokayev Türkmənistana səfər edəcək
Qazaxıstan Prezidenti Türkmənistanda səfərdədir
Tokayev: Dənizə çıxışın olmaması inkişaf üçün stimuldur
BMT baş katibi: Beynəlxalq iqtisadi sistemdə islahatların aparılmasına ehtiyac var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












