Yəmən Prezident Şurasının sədri Bakıda keçiriləcək beynəlxalq tədbirə dəvət olunub
Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi Azərbaycan Prezidenti İlham Əliyevdən BMT-nin Ümumdünya Şəhər Forumunun Bakıda keçirilən 13-cü sessiyasının (WUF13) açılışında iştirak etmək üçün dəvət alıb.
"Sizinxeber.az"un Yəmənin "Əl-Əyyam" qəzetinə istinadən verdiyi məlumata görə, dəvəti Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev bu ölkənin xarici işlər və mühacirlər naziri Şaya əl-Zindani ilə görüşündə çatdırıb.
Tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. Əl-Zindani husilərin regional təhlükəsizliyə və beynəlxalq gəmiçiliyə təhdid yaratmağa davam edən hücumları səbəbindən ölkədə sülhün əldə edilməsindəki çətinliklərdən danışıb.
Səfiri Azərbaycanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və Yəməndə sabitliyə nail olmaq üçün səylərin dəstəklənməsində maraqlı olduğunu bildirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Yəmənin xarici işlər naziri Şaya Zindani ilə görüşüb
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
Azərbaycan və Yəmən XİN başçıları əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Yəmən səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - YENİLƏNİB
Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak edən rəhbər şəxslərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












