XİN sözçüsü: İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir
sizinxeber.az xəbər saytı

XİN sözçüsü: İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir


İran saxlanılan və həbs edilən əksər Azərbaycan vətəndaşları barədə məlumat təqdim etmir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarının Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərhində bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına əksər hallarda ölkənin İrandakı diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycanda çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.

"Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir", - XİN-in sözçüsü diqqətə çatdırıb.

Oxşar xəbərlər

Ayxan Hacızadə İran XİN sözçüsünün iddialarına cavab verib
XİN: İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir
Rəsmi Bakı: Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddiaları əsassızdır
XİN: Azərbaycanda cəza çəkən 37 İran vətəndaşına görüş üçün şərait yaradılıb
XİN: Bu il ərzində Azərbaycanda cəza çəkən 37 İran vətəndaşına görüş üçün şərait yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər