XİN: İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir
İranda həbs edilən vətəndaşlarımız barədə məlumatlar Azərbaycanın diplomatik missiyalarına təqdim edilmir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran İslam Respublikasında saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda İran İslam Respublikasındakı Azərbaycan Respublikasının diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.
“Eyni zamanda, sorğu olunmasına baxmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir”, - XİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Rəsmi Bakı: Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddiaları əsassızdır
Ayxan Hacızadə İran XİN sözçüsünün iddialarına cavab verib
XİN: Azərbaycanda cəza çəkən 37 İran vətəndaşına görüş üçün şərait yaradılıb
XİN Azərbaycan vətəndaşlarına İrana səfərdən çəkinmələrini tövsiyə edib
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












