Fransalı iştirakçı: Anam hər zaman Azərbaycanı bizə qardaş ölkə kimi tanıdıb
Qarabağa səfər edən Fransa vətəndaşı anasının Azərbaycanı qardaş ölkə kimi onlara tanıtdığını deyib.
Bu fikirləri "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Fransadan olan iştirakçısı İbrahim Diavara "Sizinxeber.az"un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında bildirib.
O, Azərbaycanın azad edilmiş ərazilərin bərpasını uğurla yekunlaşdıracağına inandığını vurğulayıb:
“Mən Fransada doğulub böyümüşəm, hazırda Parisdə yaşayıram. Babam seneqallı, anam türkdür. Buraya ilk gəlişim olsa da, Qarabağ savaşını uzun müddət yaxından izlədim. Anam hər zaman Azərbaycanı qardaş ölkə kimi bizə tanıdıb.
Qarabağda gördüklərim çox gözəldir. Xankəndi şəhəri yenidən qurulur. Ərazinin bərpası üçün müəyyən zaman lazımdır. Əminəm ki, Azərbaycan bu işləri uğurla yekunlaşdıracaq”.
Oxşar xəbərlər
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb - EKSKLÜZİV
Türkiyə XİN: “Prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzulayırıq”
Şəhid qardaşı: Anam onun həsrəti ilə bu dünyadan köçdü
Gürcüstandan olan səyyah: Hər səfərimdə Qarabağda fərqli inkişaf və gözəlliklər görürəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












