Azərbaycanın Suriyaya qaz nəqli SOCAR-ın bu ölkənin enerji bazarında fəaliyyətini genişləndirməsinə müsbət zəmin yaradacaq - RƏY
Azərbaycan qazının Yaxın Şərqin enerji bazarına daxil olması qarşıdakı illərdə SOCAR-ın Suriyanın enerji bazarında fəaliyyətini genişləndirməsinə müsbət zəmin yaradacaq.
Bunu “Report”a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.
Onun sözlərinə görə, dünyada böyük geosiyasi transformasiyalar fonunda Azərbaycan qazının Türkiyə üzərindən Kilis-Hələb qaz kəməri vasitəsilə Suriyaya nəqli ölkənin qaz ixracı tarixində mühüm hadisədir:
“Nəzərə almaq lazımdır ki, Azərbaycanın qaz ixrac portfelində Suriya ilk ərəb ölkəsidir. Qarşıdakı illərdə təbii qaz dünyanın müxtəlif regionlarında fərqli təlabat trayektoriyaları və fərqli rollarla üzləşəcək”.
Ekspert hesab edir ki, bu baxımdan Azərbaycan qazı Suriyanın enerji bazarına daxil olmaqla iki funksiyanı yerinə yetirmiş olacaq:
“Suriyada elektrik enerjisinin gündəlik verilmə müddətini 4 saatdan 8-10 saata çatdıracaq. Azərbarcan qazı Suriyada enerjiyə çıxışın yaxşılaşdırılmasında və orta müddətli iqtisadi artımın dəstəklənməsində “inkişaf üçün yanacaq” kimi əsas rol oynayacaq”.
Z.Vəliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan qazının Yaxın Şərqə daxil olması gələcəkdə Suriyanın karbohidrogen ehtiyatlarının işlənməsində Azərbaycanın hər hansısa paya sahib ola biləcəyindən xəbər verir:
“Çünki SOCAR-ın strategiyasından biri də məhz beynəlxalq müştəri bazarlarında yer almaq, Azərbaycandan kənarda karbohidrogen ehtiyatlarına malik ölkələrin ərazisində işlər görməkdir.
Oxşar xəbərlər
Nəcməddin Dönməz: "Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək"
AKP Azərbaycan qazının Suriyaya tədarükünü "enerji diplomatiyasının nümunəsi" adlandırıb
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək
Suriyanın enerji təlükəsizliyinə töhvə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək - RƏY
Suriyanın enerji təlükəsizliyinə töhfə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"













