Ömer Çelik: Azərbaycan qazının nəqli Suriyada sosial həyatının bərpası baxımdan əhəmiyyətlidir
sizinxeber.az xəbər saytı

Ömer Çelik: Azərbaycan qazının nəqli Suriyada sosial həyatının bərpası baxımdan əhəmiyyətlidir


Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqli bu ölkənin dağılmış infrastrukturunun, sosial həyatının bərpası baxımından son dərəcə əhəmiyyətlidir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik keçirdiyi mətbuat konfransında deyib.

Türkiyənin enerji diplomatiyasının mərkəzinə çevrildiyini vurğulayan Ö.Çelik həmçinin qeyd edib ki, bu addım regionda sabitliyin təmin olunmasına da töhfə verəcək.

Qeyd edək ki, bu gün Azərbaycandan Suriyaya qaz tədarükünə başlanılıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Oxşar xəbərlər

AKP Azərbaycan qazının Suriyaya tədarükünü "enerji diplomatiyasının nümunəsi" adlandırıb
Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilib
Alparslan Bayraktar: "Suriyaya ixrac edilən Azərbaycan qazı 5 milyon evin elektrik təminatını qarşılayacaq"
Suriyalı nazir: "Azərbaycanla qarşıda daha böyük layihələr planlaşdırılır"
Fond rəhbəri: Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı bu ölkədə elektrik enerjisi böhranını azaldacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle