Rövşən Sadıqbəyli: Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb
sizinxeber.az xəbər saytı

Rövşən Sadıqbəyli: Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb


ATƏT-ə sədrlik edən Finlandiya tərəfindən Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki+50” konfransı bir daha təsdiq edib ki, ATƏT-in prinsipləri qüvvədə qalır və ATƏT məkanında təhlükəsizlik və sabitliyin əsası olmalıdır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ATƏT-in münaqişənin həlli üzrə mandatını yerinə yetirməməsi qarşısında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur olub:

“ATƏT lazımi cavab verə bilməsə də, Azərbaycan ədaləti və qanunu bərpa edib, Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb”.

Oxşar xəbərlər

İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB
Baş katib: ATƏT Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyəcək
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Türkiyəli diplomat ATƏT-in yeni Baş katibi təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər