BQXK-nın Azərbaycan Nümayəndəliyinin fəaliyyəti sentyabrın əvvəlində dayandırılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2025
18:50
0
0
1 642

BQXK-nın Azərbaycan Nümayəndəliyinin fəaliyyəti sentyabrın əvvəlində dayandırılacaq

01 avq, 2025
18:50
1 642

BQXK-nın Azərbaycan Nümayəndəliyinin fəaliyyəti sentyabrın əvvəlində dayandırılacaq

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər görüşdə BQXK-nın ölkəmizdəki son 33 illik fəaliyyəti, Azərbaycanla-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib.

Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bizimlə əlaqə saxlayın