İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
XİN başçısı səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, investisiyalar, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.
Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, Azərbaycanın sülh və sabitliyin bərqərar edilməsinə çağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd edilib.
Yeni səfir fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov İsrailin yeni təyin olunmuş səfiri ilə görüşüb
XİN rəhbəri İsrail səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Ceyhun Bayramov Sudanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul edib
Pakistanın Azərbaycandakı səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












