Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi ilə görüşüb
Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, K.Heydərov bu il iyulun 8-10-da Bakıda BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasında Azərbaycan nümayəndəsinin BMMT-nın yeni Baş katibi seçilməsini Azərbaycan adına uğurlu nailiyyət adlandırıb. Prezident İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini xatırladan nazir ölkənin hər zaman mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.
Nazir qeyd edib ki, bundan sonra da Azərbaycan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək, onun inkişafına öz töhfəsini verəcək.
İlk rəsmi səfərini Azərbaycana reallaşdıran Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı əlaqələrin daha da inkişafı üçün səy göstərəcəyini bildirən Ə.Kələntərli fövqəladə hallarla mübarizə məsələlərində real nəticələrin birgə və əlaqəli fəaliyyət sayəsində əldə ediləcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak edən rəhbər şəxslərlə görüşüb
Azərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir - VİDEO
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının iştirakçıları ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












