Zippora Mobane: Azərbaycan Şuşadakı mediaforum zamanı milli brendinqin necə düzgün aparılmalı olduğunu göstərdi
Afrika İttifaqı İnkişaf Agentliyinin (NEPAD) Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Zippora Mobane III Şuşa Qlobal Media Forumunu Azərbaycanın mədəniyyət, tarix və açıq dialoq vasitəsilə öz dayanıqlılığını, dəyərlərini və inkişafa can atmasını nümayiş etdirə bilməsinin bariz nümunəsi adlandırıb.
“Report” xəbər verir ki, o, bu barədə Cənubi Afrika Respublikasının (CAR) “Jambo Africa” nəşrinə bildirib.
Mobanenin sözlərinə görə, onun Azərbaycanla tanışlığı 2024-cü ildə, BMT-nin iqlim dəyişikliyi konfransında - COP29-da iştirak etmək üçün ilk dəfə Bakıya səfəri ilə başlayıb. Artıq o zaman yüksək səviyyəli təşkilatçılıq onda böyük təəssürat yaratmışdı, Şuşada keçirilən mediaforumda (19-21 iyul) iştirak isə ölkəni, onun xalqını və mədəni irsini daha dərindən anlamağa imkan verdi.
"Şuşa mediaforumu sadəcə mütəxəssislər üçün peşəkar platforma deyil, müasir texnologiyaları, məzmunlu müzakirələri və zəngin mədəni proqramı birləşdirən genişmiqyaslı hadisə idi. Təşkilatçılar qüsursuz logistikanı təmin etdilər və elə bir atmosfer yaratdılar ki, iştirakçılar təkcə qlobal medianın aktual çağırışlarını müzakirə etməklə yanaşı, həm də Azərbaycanın tarixi və mədəni mühitinə qərq olmaq imkanı əldə etdilər", - o bildirib.
"Tarixi abidələrin, ənənələrin və müasir medianın əl-ələ verərək dialoq və qarşılıqlı anlaşma üçün unikal məkan yaratdığını müşahidə etmək heyrətamiz idi", - NEPAD nümayəndəsi əlavə edib.
Mobane forum çərçivəsində media savadlılığı və informasiya təhlükəsizliyinə həsr olunmuş müzakirələri xüsusi vurğulayıb. O qeyd edib ki, dezinformasiyanın yayılması problemi yalnız media çərçivəsindən kənara çıxır və hökumətlərin, özəl sektorun və texnoloji platformaların birgə səy göstərməsini tələb edir.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb
Zifora Moban: Media savadlılığı özəl və dövlət sektoru üçün zəruri bacarıqdır
İran Qərb dövlətlərinin ittihamlarını rədd edib
Ziphora Maubane: Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda səmimi və açıq danışdı
COP29 Sədrliyi Afrika Enerji Sammitində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












