Azərbaycanla Türkiyə arasında malların sərbəst hərəkətinin təşkilinin hansı səbəblərdən mümkün olmadığı açıqlanıb
Azərbaycanla Türkiyə arasında malların sərbəst hərəkətinin təşkilinin hansı səbəblərdən mümkün olmadığı açıqlanıb.
Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA-ya müsahibəsində bildirib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 6,5-7 milyard dollar təşkil edir.
Səfir qeyd edib ki, bu, yaxşı olsa da, kifayət deyil: "Prezidentlərimiz ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Ancaq bunun üçün atılmalı addımlar və görüləsi işlər var, bəzi çətinliklərin öhdəsindən gəlməliyik. Orta Dəhlizin açılması bunu daha da sürətləndirə bilər, çünki daşınma xərcləri azalacaq. Bu, ortamüddətli perspektivdə bizim üçün son dərəcə vacibdir. Amma daha geniş prizmadan baxsaq, Azərbaycanın Rusiyanın da daxil olduğu Müstəqil Dövlətlər Birliyi ilə gömrük sahəsində razılaşmaları, Türkiyənin isə Avropa İttifaqı ilə də gömrük sahəsində əməkdaşlıq müqavilələri var. Buna görə də Azərbaycan və Türkiyə arasında malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılmasıyla bağlı çətinliklərimiz var. Ona görə də biz perefensial (imtiyazlı-red.) ticarət sazişi vasitəsilə mal dövriyyəsi və satışı artırmağa çalışırıq, bu sahədə siyahılar üzərində iş davam edir. Malların sayı 30-dan 81-ə qaldırılıb, amma preferensial ticarət rejiminin tətbiq olunduğu malların siyahısının genişləndirilməsi lazımdır. Bunun üçün dövlətlər arasında başqa addımların atılması də gərəkli ola bilər. Bunun başqa diplomatik aspektləri də ola bilər. Amma sonda bunun baş verəcəyinə şübhəm yoxdur. Azad ticarət müqaviləsi olmasa belə, preferensial ticarət rejiminin tətbiq olunduğu malların sayının artırılmasına ehtiyac var. Əgər Zəngəzur Dəhlizi açılsa, Türkiyədə istehsal olunan malları Azərbaycanda da istehsal edərək Orta Asiyaya birgə sata bilərik. Önümüzdə çox böyük imkanların, fürsətlərin olduğunu düşünürəm. Belə radikal, belə möhtəşəm, nəhəng addımları problemsiz aşmaq olmaz. Ancaq gələcəyimiz parlaqdır, bunu edə bilərik, birlikdə çalışmalıyıq. Bunun üçün də bir-birimizi dəstəkləməyə, bu qardaşlığa, bu dostluğa hər sahədə sahib çıxmağa davam edəcəyik”.
Oxşar xəbərlər
Bu il Ukrayna-Azərbaycan arasında ticarət dövriyyəsi 500 mln. dolları ötə bilər
Səfir: Türkiyənin müdafiə sənayesinin istehsal həcmi 90 milyard dollar təşkil edir
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Bu il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər
Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılması Azərbaycanla ticarət həcmini artırmağa kömək edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












