Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir


Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib", - Hacıyev yazıb.

O vurğulayıb ki, 2020-ci ildən bəri Ermənistanın quraşdırdığı minaların qurbanı 400-dən çox Azərbaycan mülki şəxsi və hərbçisi olub. "Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir", - o əlavə edib.

Oxşar xəbərlər

Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir
PA rəsmisi: Ermənistanın təqdim etdiyi mina xəritəsinin dəqiqliyi çox deyil
Hikmət Hacıyev: Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub
Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub
Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər