Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb
sizinxeber.az xəbər saytı

Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb


Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun başçısının hakimiyyət nümayəndəsinə qarşı güya zorakılıq etməsi işi üzrə iki ay müddətinə həbs edilmiş oğlu Mutvəli Şıxlinski barəsində qətimkan tədbirini qüvvədə saxlayıb.

Bu barədə “Sizinxeber.az” Rusiya KİV-lərinə istinadən məlumat verir.

"Şıxlinski və onun vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sverdlovsk vilayət məhkəməsi işin materiallarını nəzərdən keçirərək və tərəflərin fikirlərini dinləyərək Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq", - region məhkəmələrinin birləşmiş mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Leninski Rayon Məhkəməsinin qərarı ilə 2025-ci il iyulun 16-da onun barəsində həbs qətimkan tədbiri seçilib. O, RF Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə guya cinayət törətməkdə ittiham olunur.

Xatırladaq ki, M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqdakı Azərbaycan diasporunun başçısı Şahin Şıxlinskiyə oğlu M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir.

Oxşar xəbərlər

Şahin Şıxlinskinin oğlu barəsində həbs qərarı qüvvədə saxlanılıb
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Rusiya DİN: Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olunub - FOTO - VİDEO - YENİLƏNİB-2
Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib – YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər