Çin Prezident İlham Əliyev və Si Cinpin arasında əldə olunan razılaşmaların icrası üçün əməkdaşlığa hazırdır
Rəsmi Pekin Azərbaycan Prezidenti İlham Əliyev və Çin lideri Si Cinpin arasında əldə olunan razılaşmaların icrası üçün sıx əməkdaşlığa hazırdır.
APA xəbər verir ki, bunu Çin Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Lu Mey açıqlayıb.
Onun sözlərinə görə, rəsmi Pekin Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir və bu qarşılıqlı səmərəli tərəfdaşlığın daha da irəli getməsində maraqlıdır:
"Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33 ili ərzində hər iki ölkə son dərəcə dinamik inkişaf yolu keçib. Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə məhsuldar səfər həyata keçirib. Bu zaman Strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Bu sənəd həm də ona görə əhəmiyyətlidir ki, münasibətlərimizi strateji cəhətdən yeni mərhələyə daşıyacaq".
Oxşar xəbərlər
Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
Yan Cin: Azərbaycanla Çin arasında siyasi münasibətlər çox yüksək səviyyədədir
Prezident İlham Əliyev: Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












