Solovyovun verilişi Azərbaycanda nümayiş olunmur, bəs, Rusiya kanallarının yayımı niyə dayandırılmır?
Etik hədləri aşan bəyanatlar və ritorika
Rusiya telekanallarının Azərbaycan əleyhinə kampaniyası son günlər daha geniş vüsət alıb.
Gözlənildiyi kimi, bu sırada yenə də propaqandist Vladimir Solovyov öndə dayanır.
Vladimir Solovyov özünün “Youtube” platformasındakı kanalı ilə yanaşı, Rusiyanın “Rossia 1” dövlət kanalındakı müəllif verilişində də bütün etik hədləri aşaraq, Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Diqqətçəkən məqam odur ki, Solovyovun verilişinin qonaqları da, əsasən, Azərbaycan əleyhinə təbliğatın başında dayanan, ölkəmizə qarşı düşmən mövqe tutan Marqarita Simonyan, Kontantin Zatulin, Semyon Baqdasarov və digərləridir.
Solovyovun ekranı qaralır
Rusiyanın əsas təbliğat maşını Solovyov son vaxtlar, demək olar ki, bütün verilişlərini Azərbaycana hücum üzərində qurub, qonaqları ilə birlikdə Bakının ünvanına hədyanlar səsləndirir.
Bu səbəbdən də bir müddətdir ki, Solovyovun verilişləri Azərbaycanda nümayiş olunmur, onun müəllifi olduğu proqram başlayanda yayım dayandırılır, ekran qaralır.
Çünki Azərbaycan tamaşaçısı propaqandist Solovyovun və qonaqlarının Azərbaycan əleyhinə böhtan, təhqir dolu bəyanatlarını eşitmək, onlara baxmaq məcburiyyətində deyil.
Rusiya telekanallarının yayımı niyə dayandırılmır?
Çox təəssüf ki, Solovyov tək deyil. Ümumiyyətlə, ona öz efirində bu cür hədyanlar səsləndirməyə imkan tanıyan "Rossia 1” dövlət kanalı Azərbaycanda niyə yayımlanır? Solovyovun verilişində tez-tez boy göstərən digər Rusiya telekanallarının rəhbərləri, "ekspertləri" də onunla anti-Azərbaycan təbliğatı yarışına çıxıblar.
Fikrimizcə, belə olan halda Azərbaycan ərazisində bu telekanalların yayımının tamamilə dayandırılması məsələsinə də baxılması təəccüb doğurmaz.
Çünki ekranından Azərbaycan əleyhinə kampaniya aparan istənilən telekanalın ölkə ərazisində yayımlanması heç bir məntiqə sıxmır. Nəyə görə Azərbaycan tamaşaçısı istər Solovyov, istərsə də digər propaqandistlərin ölkəmiz əleyhinə heç bir çərçivəyə, jurnalist etikasına sığmayan böhtanlarını, kin və nifrətini seyr edib dinləməlidir? Nəyə görə Azərbaycan tamaşaçısı FSB əməkdaşlarından özünə "işçi" düzəldən Marqarita Simonyanın nifrət nitqlərini eşitməlidir?
Düşünməyə dəyər...
Oxşar xəbərlər
Həmid Həmidov: Solovyovun kim olduğunu çox yaxşı bilirik
Azərbaycan rusiyalı deputat Nikolay Valuyevi "arzuolunmaz şəxs" elan edib, ölkəyə girişinə qadağa qoyulub
Polad Bülbüloğlu Zatulinin təxribatçı videomüraciəti ilə bağlı Rusiya Dumasının sədrinə məktub göndərib
Litva Rusiya ilə sərhədə tank əleyhinə “əjdaha dişləri” quraşdırıb
Peskov: Rusiyanın ABŞ-də seçkilərə müdaxiləsi barədə bəyanatlar absurddur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












