Hikmət Hacıyev: Bizə kiminsə sülh şəraitində necə yaşamağı diktə etməsinə ehtiyac yoxdur
“Ermənistanla Azərbaycan arasında müzakirələrin konstruktivliyi hazırda sülh prosesinin hər iki ölkənin əlində olması və qərarların məhz hər iki dövlət tərəfindən qəbul edilməsi ilə əlaqəlidir".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
“Nə Rusiya, nə Avropa İttifaqı, nə də ABŞ bu danışıqlarda təmsil olunurdu. Salonda ermənilər və azərbaycanlılar var idi. Bizim aramızda sivil formada bir dialoq baş tutdu. Bizə kiminsə sülh şəraitində necə yaşamağı diktə etməsinə ehtiyac yoxdur. Hələ də diplomatik münasibətlərimizin olmamasına baxmayaraq, aramızda çox məhsuldar danışıqlar baş tutdu".
Prezident köməkçisi həmçinin, Ermənistan cəmiyyətindəki yeni revanşizm dalğasına qarşı son dərəcə sayıq olmanın vacibliyinə toxunub:
“Biz artıq regionda yaranmış yeni “status-kvo”nun əleyhinə bir sıra çağırışları görürük. Eyni zamanda yeni reallıqların sıradan çıxarılması və erməni gəncliyini yeni qarşıdurma və müharibəyə cəlb edilməsi istiqamətində yeni cəhdlərin şahidi oluruq. Bu səbəbdən də Ermənistan öz cəmiyyətinə diqqət yetirməlidir. İnanıram ki, bu ölkədə Konstitusiyaya ediləcək düzəlişlər bütün bunların dayandırılması istiqamətində vacib addım olacaq. Hər bir halda kənardan elə görünür ki, sülh prosesi dalana dirənib. Ermənistanın Konstitusiyaya dəyişiklik etməsini gözləyirik. Biz diplomatik vakuumun içərisində deyilik. Presedentlər mövcuddur. 1998-ci ildə Birləşmiş Krallıqla İrlandiya arasındakı sazişi xatırlayın. O zaman İrlandiyanın Konstiusiyasında Şimali İrlandiyaya qarşı ərazi iddiaları var idi”.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdur
Prezidentin köməkçisi: ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir
Hikmət Hacıyev: USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb
Hikmət Hacıyev: Ermənistanın Azərbaycana kompensasiya ödəməsi danışıqların müzakirə mövzusu deyil
Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












