PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
Azərbaycan tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtlarından biri kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir.
"Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər", - H.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
XİN: Qətər Rusiya və ABŞ arasında danışıqlar üçün platforma ola bilər
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Slovakiya Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır
Ağ Ev: Ukrayna ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək
KİV: Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












