Baş nazir Somali XİN rəhbəri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Baş nazir Somali XİN rəhbəri ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan ilə Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Oxşar xəbərlər

Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
Azərbaycan və Somali XİN başçılarının görüşü olub
Azərbaycan və Somali XİN başçıları geniştərkibli görüş keçiriblər - YENİLƏNİB
Azərbaycan hökumət missiyası Somaliyə səfər edib
Azərbaycan və Somali XİN başçıları geniştərkibli görüş keçiriblər - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər