Corc Dik: İsrailin yeni səfiri qarşısında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi vəzifəsi dayanır
sizinxeber.az xəbər saytı

Corc Dik: İsrailin yeni səfiri qarşısında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi vəzifəsi dayanır


Son altı il ərzində İsrail və Azərbaycan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli irəliləyişə nail olub.

“Report”un məlumatına görə, bunu diplomatik missiyasını başa vurmadan əvvəl son brifinqi zamanı İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə bildirib.

O vurğulayıb ki, müasir İsrail-Azərbaycan münasibətləri dərin diversifikasiya ilə xarakterizə olunur və təkcə enerji və təhlükəsizlik kimi strateji sahələri deyil, həm də fəal inkişaf edən biznes əlaqələrini əhatə edir.

"2023-cü ildə Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması iki ölkə münasibətləri üçün mühüm mərhələ və böyük nailiyyət olub", - diplomat qeyd edib.

C.Dik xüsusilə vurğulayıb ki, tezliklə Bakıya gələcək İsrailin yeni səfiri Ronen Krausun qarşısında duran prioritet vəzifə dövlətlər arasında ticari-iqtisadi əlaqələrin əhəmiyyətli şəkildə möhkəmləndirilməsidir.

Diplomat, həmçinin İsrail şirkətlərinin Azərbaycanda iştirakının artacağına ümid etdiyini bildirib və xüsusilə onların Qarabağ regionun bərpası və inkişafı üzrə genişmiqyaslı layihələrdə iştirak perspektivlərini vurğulayıb.

Oxşar xəbərlər

KİV: İsrailin yeni səfiri Azərbaycanla əlaqələrin inkişafı kursunu davam etdirəcək
İsrail səfiri: Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər
İsrail səfiri: "Bu il Azərbaycana rekord sayda vətəndaşımızın səfər edəcəyini gözləyirik"
Corc Dik: Azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq mənim üçün şərəfdir
Səfir: Azərbaycanda İtaliya mətbəxi həftəsinin keçirilməsi yeni üfüqlər açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle