İsrail səfiri: Azərbaycan artıq Yaxın Şərqdə də aktiv rol oynayır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
iy
2025
12:50
0
0
1 223
ff aaaaaaa

İsrail səfiri: Azərbaycan artıq Yaxın Şərqdə də aktiv rol oynayır

25 iy, 2025
12:50
1 223

İsrail səfiri: Azərbaycan artıq Yaxın Şərqdə də aktiv rol oynayır

Şuşanı ziyarət edən ilk İsrail səfiri oldum.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.

O, azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda, Laçında aparılan bərpa-quruculuq işlərinə şahid olduğunu qeyd edib və əlavə edib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Diplomat Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Gəncəyə raket atılmış ərazidə olduğunu da xatırladıb.

Corc Dik Azərbaycanı İsrail üçün etibarlı tərəfdaş kimi xarakterizə edib. O diqqətə çatdırıb ki, Azərbaycan artıq Yaxın Şərqdə də aktiv rol oynayır.

O, “Avroviziya”da Azərbaycan xalqının dəstəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul