Amerikalı politoloq: İlham Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir
Donald Trampın administrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin dinamik dövlət idarəçiliyi üslubunu, həmçinin çiçəklənən və məhsuldar ABŞ-Azərbaycan tərəfdaşlığı ilə bağlı strateji baxışını yüksək qiymətləndirir.
Bu barədə “Sizinxeber.az”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
Ekspertin sözlərinə görə, İlham Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir.
P.Teys qeyd edib ki, bu xüsusilə Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı aydın şəkildə özünü göstərib: “Prezident İlham Əliyev vurğulayıb ki, rəsmi Bakı Trampın dünyada, o cümlədən Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsi ilə bağlı baxışını və səylərini dəstəkləyir”.
Ekspert bildirib ki, III Şuşa Qlobal Media Forumu - kütləvi informasiya vasitələri, dezinformasiya, təbliğat və informasiya müharibələri ilə mübarizə ilə bağlı aktual məsələlərin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir:
"Şuşa Azərbaycanın tarixi torpağı, Azərbaycan mədəniyyətinin beşiyi, İkinci Qarabağ müharibəsindən sonra isə həm də qlobal beynəlxalq proseslərin müzakirəsinin əsas mərkəzidir. Donald Trampın Prezident İlham Əliyevin III Şuşa forumundakı çıxışının bir hissəsini paylaşması iki prezidentin liderlik üslubunda və strateji düşüncəsində oxşarlığı göstərən əhəmiyyətli bir nailiyyətdir".
Ekspert, həmçinin qeyd edib ki, Donald Trampın dövründə Ağ Ev region ölkələrinin geosiyasi maraqlarını nəzərə alır: “Bu maraqlar Barak Obama və Cozef Bayden administrasiyaları tərəfindən nəzərə alınmırdı”.
Oxşar xəbərlər
İlham Əliyev Donald Trampa təşəkkür edib
Piter Teys: Fransa olimpiadada onsuz da sarsılmış imicini itirir
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib
Tramp Azərbaycan Prezidenti İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışından paylaşıb edib
Şuşa Media Forumu beynəlxalq mediada rezonans yaratmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












