Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb
sizinxeber.az xəbər saytı

Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb.

APA Lenta.ru-ya istinadən xəbər verir ki, Zaxarova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər.

O, münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.

XİN rəsmisi Azərbaycan səfirinin XİN-ə çağırıldığını və ona etiraz notasının təqdim olunduğunu xatırladıb.

“Dərhal jurnalistlərimizin sərbəst buraxılmasını xahiş etmişik”, - o əlavə edib.

Zaxarova onu da qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər öz çətin dövrünü yaşayır.

Oxşar xəbərlər

Zaxarova: Rusiya Almaniyadan dialoqu bərpa etmək üçün hər hansı siqnal almayıb
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır!
Mariya Zaxarova Rusiya-Azərbaycan münasibətləri barədə sual verən erməni jurnalisti tənqid edib
Zaxarova: COP-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada Bakının nüfuzunu artıracaq
Zaxarova: Rusiya Poznandakı Baş Konsulluğunun bağlanması ilə bağlı düşmən addıma mütləq cavab verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər