Somali XİN: Azərbaycan və Türkiyə ilə üçtərəfli formatı çox yüksək qiymətləndiririk
sizinxeber.az xəbər saytı

Somali XİN: Azərbaycan və Türkiyə ilə üçtərəfli formatı çox yüksək qiymətləndiririk


Somali Azərbaycan və Türkiyə ilə üçtərəfli formatı çox yüksək qiymətləndirir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan Somalidə qazma işləri həyata keçirəcək ilk ölkə olacaq.

Xatırladaq ki, 2025-ci ilin fevral ayında Azərbaycan və Somali neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Sənəd neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminar və forumların keçirilməsini nəzərdə tutur.

Oxşar xəbərlər

Nazir: Azərbaycanın Somali ilə əməkdaşlığının Türkiyə ilə birgə inkişaf etdirilməsi planlaşdırılır
XİN başçısı: Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır
Ceyhun Bayramov: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub
Azərbaycanla Somali neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
Azərbaycan və Somali XİN başçıları arasında görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər