XİN başçısı: Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır
sizinxeber.az xəbər saytı

XİN başçısı: Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır


Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanın ASAN Xidmət modelinin Somalidə tətbiqi də nəzərdə tutulan məsələlərdəndir.

Nazir təhsil sahəsində əməkdaşlıqdan da söz açaraq bu ildən etibarən Azərbaycanda Somalidən olan tələbələr üçün 20 təqaüd yerinin ayrıldığını vurğulayıb.

C.Bayramov onu da vurğulayıb ki, 2024-cü ildə Azərbaycanın COP29 prezidentiliyi çərçivəsində də iki ölkə arasında yüksək əməkdaşlıq olub.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Azərbaycanla Somali arasında hərbi sahə üzrə əməkdaşlıq perspektivləri var
Nazir: Azərbaycanın Somali ilə əməkdaşlığının Türkiyə ilə birgə inkişaf etdirilməsi planlaşdırılır
Ceyhun Bayramov: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub
Azərbaycan və Somali XİN başçıları arasında görüş keçirilib
Somali XİN başçısı: COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər