BMMT Baş katibi İordaniyanın Daimi Nümayəndəsi ilə görüşüb
sizinxeber.az xəbər saytı

BMMT Baş katibi İordaniyanın Daimi Nümayəndəsi ilə görüşüb


BMMT Baş katibi İordaniyanın Daimi Nümayəndəsi ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli təşkilatın mənzil-qərargahında İordaniya Haşimilər Krallığının BMT-nin Cenevrədəki Ofisi və İsveçrədəki ixtisaslaşmış agentliklər yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Əkrəm Saud Harahşeh ilə görüşüb.

Bildirilib ki, görüş zamanı əsas diqqət BMMT və İordaniya Haşimilər Krallığı arasında institusional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsinə yönəldilib. Mülki müdafiə, potensialın artırılması, fəlakət risklərinin idarə olunması və mövcud müvafiq regional məsələlər kimi qarşılıqlı maraq doğuran sahələr müzakirə olunub.

Müzakirələrdə, BMMT-nin üzv dövlətlərə milli dayanıqlığının artırılması istiqamətində birgə proqramlar, texniki əməkdaşlıq və peşəkar təlim təşəbbüsləri vasitəsilə dəstək göstərməyə hazır olduğuna əminlik ifadə olunub.

Tərəflər mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində ortaq məqsədlərə nail olma istiqamətində davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Oxşar xəbərlər

BMMT Baş katibi Cenevrədə Suriyanın Daimi Nümayəndəsi ilə görüşüb
BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli İsveçrə səfiri ilə görüşüb
Kəmaləddin Heydərov BMMT-yə üzv bir sıra ölkələrin qurumlarının rəhbərləri ilə görüşüb
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər