Azərbaycan və Gürcüstan sosial müdafiə sahəsində təcrübə mübadiləsini genişləndirir
Dövlət Sosial Müdafiə Fondu (DMSF) və Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşmüşlərlə İş, Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyinin dövlət nəzarətində olan Sosial Xidmət Agentliyi arasında Anlaşma Memorandumunun tətbiqinə dair Tədbirlər Planı imzalanıb.
"Sizinxeber.az" xəbər verir ki, tərəflər arasında Bakıda baş tutan görüşdə DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev Fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, ölkədə son illər ərzində həyata keçirilən sosial islahat paketləri barədə məlumat verib.
Gürcüstanın Sosial Xidmət Agentliyinin direktoru vəzifəsini icra edən Giorgi Çanturiya öz növbəsində ölkəsinin pensiya və sosial sığorta sisteminin strukturu, əsas komponentləri və sosial təminat sahəsində həyata keçirilən islahatlardan bəhs edib.
Görüşdə sosial sığorta və pensiya təminatı, fərdi uçotun təşkili, pensiyaların təyinatı və ödənişi, maliyyə məsələlərinin idarə olunması, xidmət keyfiyyəti və vətəndaş məmnuniyyətinin artırılmasına dair fikir mübadiləsi aparılıb.
Pensiya və sosial sığorta sistemi, sosial sahənin rəqəmsal transformasiyası mövzularında təqdimatlar olub.
Oxşar xəbərlər
Zəka Mirzəyev: Bakıda keçirilən beynəlxalq konfrans olduqca əlverişli bir platformadır
Dövlət Sosial Müdafiə Fondu Sinqapurda “Qalib” mükafatı ilə təltif edilib
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
İlham Əliyev: “Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb”
Sosial yardımlar niyə gecikir? - Açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












