Nazir: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın və dostluğun nəticələrini hiss olunacaq dərəcədə görür
Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın və sıx dostluğun nəticələrini hiss olunacaq dərəcədə görür.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maka Botçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovun Tbilisiyə səfərinin yekunları ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan XİN başçısını Gürcüstanda qəbul etmək mənim üçün şərəf idi. Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və sıx dostluq artıq hiss olunan nəticələr verir. İşə olan qəti sadiqliymiz regional sabitliyin, rifahın və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcək", - M.Botçorişvili yazıb.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən gün Gürcüstanda rəsmi səfərdə olub. O, gürcü həmkarı ilə yanaşı, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə danışıqlar aparıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir - YENİLƏNİB
Ceyhun Bayramov və Şalva Papuaşvili Azərbaycan-Gürcüstan tərəfdaşlığını müzakirə ediblər
Tbilisinin mərkəzində ərazi Azərbaycanın istifadəsinə verilib
Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir
Botçorişvili: Bakı və İrəvan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












