Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, 1999-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Məlumata görə, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilən D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanına təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycan beynəlxalq axtarışa verilən Qazaxıstan vətəndaşını təhvil verib
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib
Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda saxlanılaraq Qazaxıstana təhvil verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












