Gürcüstanın Baş naziri Cehyun Bayramovla görüşünü şərh edib
Gürcüstan dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazırdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra “Facebook” hesabında qeyd edib.
Baş nazir vurğulayıb ki, söhbət zamanı Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə toxunulub, əlaqələrin son illərdəki müsbət dinamikası vurğulanıb.
“Biz birgə infrastruktur və enerji layihələrini müzakirə etdik. Bu layihələrin “Orta dəhliz”in inkişafı prosesində əhəmiyyəti vurğulandı. Ticari-iqtisadi əlaqələr və ölkələr arasında ticarət dövriyyəsinin artmasının müsbət tendensiyalarına diqqət yetirildi. Bölgədəki mövcud vəziyyətə dair söhbət aparıldı. Mən Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqlədim”, - Kobaxidze deyib.
Oxşar xəbərlər
Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib
Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Kobaxidze: Gürcüstanla-Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyin təmin edilməsində həlledici rol oynayır
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
İrakli Kobaxidze: Gürcüstan üçün regional əməkdaşlıq çox vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













