Gürcüstan Prezidenti ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib – YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2025
19:00

Gürcüstan Prezidenti ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib – YENİLƏNİB

22 iy, 2025
19:00
649

Gürcüstan Prezidenti ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib – YENİLƏNİB

Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq modeli qarşılıqlı etimad, hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır.

“Sizinxeber.az”un Gürcüstan bürosunun məlumatına görə, bunu ölkə Prezidenti Mixeil Kavelaşvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

O, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəyişməz dəstəyə görə təşəkkürünü ifadə edib.

“Azərbaycanın xarici işlər naziri ilə kifayət qədər məhsuldar görüş keçirdik. Azərbaycanla biz strateji tərəfdaşıq, birgə vacib layihələrdə iştirak edirik. Eyni zamanda bir çox məsələlər üzrə ortaq mövqeyimiz var. İqtisadi sahədə bir sıra maraqlı layihələrin reallaşdırılması nəzərdə tutulur. Hər zaman vurğulayıram ki, Azərbaycanla münasibətlərimiz nümunəvidir və əminəm ki, bu əlaqələr daha da inkişaf edəcək”, – deyə Gürcüstan Prezidenti qeyd edib.

16:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın