Maka Boçorişvili: Gürcüstan və Azərbaycandakı siyasi sabitlik ortaq maraqların qorunmasına xidmət edir
sizinxeber.az xəbər saytı

Maka Boçorişvili: Gürcüstan və Azərbaycandakı siyasi sabitlik ortaq maraqların qorunmasına xidmət edir


Mövcud geosiyasi şəraitdə Gürcüstan və Azərbaycandakı siyasi sabitlik ortaq maraqların qorunmasına xidmət edir.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.

M.Boçorişvili çıxışında qeyd edib ki, Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə ardıcıl səylər göstərir:

“Biz hər zaman qeyd etmişik və bir daha vurğulamaq istəyirik ki, Gürcüstan regionumuzda sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə daim səylər göstərir. Üçtərəfli görüşə ev sahibliyi etmək imkanımız oldu ki, bu da bizim üçün sevindirici haldır.”

Nazir bildirib ki, ikitərəfli görüşdə müxtəlif məsələlər müzakirə olunub və bu cür təşəbbüslər Azərbaycan, Gürcüstan və digər tərəfdaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir:

“Mövcud geosiyasi şəraitdə Gürcüstan və Azərbaycandakı siyasi sabitlik ortaq maraqlarımızın qorunmasına xidmət edir. Biz ölkələrimizin milli maraqlarını nəzərə alaraq, əlaqələrimizi daha da gücləndirməli və mövcud potensialdan səmərəli şəkildə istifadə etməliyik”.

Boçorişvili, həmçinin gələcəkdə daha intensiv təmasların olacağına ümid etdiyini bildirib:

“Ümid edirəm ki, gələcəkdə daha tez-tez görüşmək və əməkdaşlığımızı genişləndirmək üçün imkanlarımız olacaq. Ölkələrimizi maraqlandıran məsələlər ətrafında müzakirələr davam etdiriləcək”.

Oxşar xəbərlər

Maka Boçorişvili: Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur
Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasında davamlı sülhə töhfə verməyə hazırıq
Boçorişvili: Gürcüstan üçün vacib mövzuların gündəmə gətirilməsi baxımından Antalya Forumu mühüm platformadır
Boçorişvili: Gürcüstanda xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub
Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər