Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında təkbətək görüş başlayıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında təkbətək görüş başlayıb - YENİLƏNİB-2


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.

10.42

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbərini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Hazırda tərəflər arasında görüş keçirilir.

Ceyhun Bayramovun səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Nazir, həmçinin Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış memoriala əklil qoyacaq və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, ona ehtiramını ifadə edəcək.

Bundan əlavə, 2025-ci il iyulun 21-də Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr raundu keçirilib

08:42

22 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir - YENİLƏNİB
Ceyhun Bayramovun Gürcüstan XİN başçısı ilə təkbətək görüşü başlayıb - YENİLƏNİB
Ceyhun Bayramovun serbiyalı həmkarı ilə görüşü başlayıb
Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş başlayıb
Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər