AQEM-də Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçi Qrupunun iclasları keçirilib
Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin yeni inzibati binasinda Azərbaycan Republikasının Sədrliyi ilə Müşavirənin Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçi Qrupunun iclasları keçirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, komitənin iclası çərçivəsində AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Bu kontekstdə, Azərbaycan Respublikasının “Daha güclü AQEM: rəqəmsallaşma, əlaqəlilik və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM-də sədrliyi çərçivəsində aktiv fəaliyyəti, həyata keçirilən və praktiki nəticəyə yönəlmiş təşəbbüsləri üzv dövlətlər tərəfindən təqdir olunub.
AQEM-in institusional gücləndirilməsi, sahəvi əməkdaşlığın və etimad quruculuğu tədbirlərinin səmərəliliyinin artırılması və AQEM-in beynəlxalq təşkilatlar ilə əməkdaşlığı istiqamətində Sədrliyin prioritetlərinin icrasında əldə edilmiş nailiyyətlər nəzərdən keçirilib və son 7 ay ərzində Azərbaycanın AQEM-də Sədrliyi zamanı atılan addımlar yüksək qiymətləndirilib.
Tədbirdə ətraf mühit ölçüsü üzrə etimad tədbirlərinin illik icrası nəzərdən keçirilib. Üzv dövlətlər AQEM məkanında dayanıqlı inkişafın təmin olunması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş tədbirlər barədə məlumat verilib. Azərbaycanın COP29 sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr təqdir olunub.
Komitənin iclasında, həmçinin, Sədrliyin təşəbbüsü ilə irəlilədilən AQEM-in Qadınlar Şurası və Maliyyə Sammitinin təsisi ilə bağlı müvafiq qərarlar qəbul edilib. Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın AQEM Sədrliyi çərçivəsində Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçi Qrupunun iclasları keçirilib - FOTO
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib - FOTO
AQEM Nazirlər Şurasının 7-ci görüşündə bir sıra sənədlər qəbul edilib
Prezident AQEM-in Baş katibini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













