Klaus Ştrunts: Hərbi eskalasiyalar zamanı feyk xəbərlərə uymamaq xüsusilə vacibdir
sizinxeber.az xəbər saytı

Klaus Ştrunts: Hərbi eskalasiyalar zamanı feyk xəbərlərə uymamaq xüsusilə vacibdir


Hərbi eskalasiyalar zamanı yoxlanılmış məlumat mənbələrinə etibar etmək və süni intellekt vasitəsilə yaradılmış feyk xəbərlərə uymamaq xüsusilə vacibdir.

Bu barədə “Sizinxeber.az”a “Euronews“ telekanalının baş direktoru Klaus Ştrunts bildirib.

"Hərbi şəraitdə hər iki tərəfdən gələn məlumatlarla işləmək son dərəcə çətindir. Çünki belə vəziyyətdə kommunikasiya silaha çevrilir və bütün saytlar bundan istifadə edir. Jurnalistlər olaraq bizim vəzifəmiz təkcə həqiqəti çatdırmaq deyil, həm də reallığı göstərməkdir", - o qeyd edib.

K.Ştruntsun sözlərinə görə, belə dövrlərdə jurnalistlər üçün problemin, münaqişənin bütün tərəfləri ilə maraqlanmaq xüsusilə vacibdir.

"Bütün arqumentlər və mövqelər toplanıb sistemə yükləndikdə, süni intellekt onları emal edib nəticə verə bilər. Lakin biz bu yolun yalnız başlanğıcındayıq. Əminəm ki, insan resursu hələ də istənilən maşından daha vacibdir", - o əlavə edib.

Oxşar xəbərlər

“Euronews”un rəhbəri: Medianın sükanı arxasında süni intellekt yox, insan dayanmalıdır
İkram Şeyx: B2B formatında əməkdaşlığın genişləndirilməsi Azərbaycanla ticarəti gücləndirəcək
Aytən Hacıyeva: “BP qərarları süni intellektə həvalə etməyə hazır deyil”
ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi ilk dəfə süni intellekt əsaslı sistemlə təchiz edilib
Məhəmməd Muxtar əl-Xəlil: Süni intellekt stereotiplərin və diskriminasiyanın mənbəyi olmamalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər