Dennis Yu: Dünya liderlərinin az qismi Azərbaycan Prezidenti kimi səmimiyyət nümayiş etdirir
Dennis Yu: Dünya liderlərinin az qismi Azərbaycan Prezidenti kimi səmimiyyət nümayiş etdirir
Dünya liderlərinin az qismi III Şuşa Media Forumunun iştirakçıları ilə ətraflı söhbət edərək onların suallarını cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev kimi səmimiyyət nümayiş etdirir.
Bunu “Sizinxeber.az”un müxbirinə “BlitzMetrics” rəqəmsal marketinq şirkətinin baş direktoru Dennis Yu bildirib.
"Düşünürəm ki, bu qədər yüksək səviyyədə səmimiyyət nümayiş etdirən - vaxt ayırıb hər birimizin istənilən sualını cavablandırmağa hazır olan dünya liderlərinin sayı azdır. Adətən dövlət başçıları geniş auditoriyadan təcrid olunurlar və buna görə də belə ünsiyyət həqiqətən ilhamverici görünür. Prezident İlham Əliyevlə görüşdən təəssüratlarım çox müsbətdir - onu həqiqətən çoxları sevir.
Mən “Instagram”da onunla bağlı post paylaşdım və bunun nə qədər isti qarşılandığına təəccübləndim: bu paylaşıma minlərlə “like” gəlib, etiraf edim ki, bu, məsələn, ABŞ Prezidenti Donald Tramp və ya digər məşhur şəxlərlə şəkil paylaşdığım zaman həmişə baş vermir - orada reaksiya birmənalı olmur", - o qeyd edib.
D.Yu həmçinin media forumunda iştirakla bağlı təəssüratlarını bölüşüb və tədbirin təşkilat səviyyəsini yüksək qiymətləndirib.
"Mən ilk dəfədir Azərbaycandayam. Qərbdən gəlmiş bir insan, bir amerikalı kimi burada olmaq - insanlarla tanış olmaq, Şuşanı görmək, onun sakinləri ilə ünsiyyət qurmaq, bərpa işlərinin necə getdiyini müşahidə etmək mənim üçün həqiqətən xoşdur. Heç bir xəbər, xüsusilə sosial şəbəkə xəbərləri şəxsi təcrübənin yerini verə bilməz - çünki orada məlumat çox zaman təhrif olunmuş şəkildə, baxış bucağından asılı olaraq təqdim edilir. Məhz buna görə də mən Azərbaycan xalqına dərin rəğbət hiss etdim. Mənə elə gəlir ki, onun hekayəsi hələ də tam və ədalətli şəkildə danışılmayıb. İstənilən münaqişənin həmişə çoxlu tərəfləri və incəlikləri var – o, heç vaxt sadəcə ağ-qara olmur", - baş direktor əlavə edib.
"Buradakı insanlar məni elə bir mehribanlıq və səmimiyyətlə qarşıladılar ki, bu, məndə güclü təəssürat yaratdı", - D.Yu əlavə edib.