Ukraynalı politoloq: Prezident İlham Əliyev Xankəndidə ölkəmizə Azərbaycanın təcrübəsini ötürüb
sizinxeber.az xəbər saytı

Ukraynalı politoloq: Prezident İlham Əliyev Xankəndidə ölkəmizə Azərbaycanın təcrübəsini ötürüb


Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün təxminən 30 il mübarizə aparmalı olub.

Bu barədə “Report”a "Kiyev-Mogilyan Akademiyası" Milli Universitetinin politologiya kafedrasının professoru Taras Kuzio bildirib.

"Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra işğal olunmuş ərazilərini azad etmək üçün təxminən üç onillik gözləməli və döyüşməli oldu - 2020-ci ildə və 2023-cü ildə. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev (Xankəndidə çıxış edərkən - red.) ukraynalılara öz xalqının təcrübəsini ötürürdü", - politoloq bildirib.

O, həmçinin vurğulayıb ki, SSRİ-nin dağılmasından sonra iki ölkə - Rusiya və Ermənistan əraziləri işğal etmək məqsədilə qonşularına hücum edib.

"Azərbaycan rus imperializmini və qonşularının ərazi bütövlüyünə qəsd edilməsini pisləməkdə tək deyil. Yalnız iki keçmiş sovet respublikası - Rusiya və Ermənistan - 1991-ci ildən sonra qonşularına qarşı irredentist hərəkətlər həyata keçirib, 1991-ci ilin dekabrında imzalanmış və respublika sərhədlərinin 1992-ci il yanvarın 1-dən beynəlxalq sərhədlərə çevriləcəyini bildirən Alma-Ata Bəyannaməsini nəzərə almayıblar", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən bildirib ki, Ukrayna Azərbaycandan nümunə götürərək heç vaxt öz ərazilərinin işğalı ilə barışmamalı və razılaşmamalıdır.

Oxşar xəbərlər

Ukraynalı professor: Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür
Baş prokuror: Azərbaycanın suverenliyinin təmini Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür
İlham Əliyev: "Azərbaycan-Ermənistan sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür"
Azərbaycan öz ərazilərini azad edir - Saakaşvili
Prezident İlham Əliyevdən ermənilər və onların havadarlarına verilən dərs

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər