Ərdoğon Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyevə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Ərdoğon Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyevə təşəkkür edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğon Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyevə təşəkkür edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, “20 İyul Sülh və Azadlıq Günü” ilə əlaqədar rəsmi mərasimdə çıxışı zamanı danışıb.

Ərdoğan, Şimali Kipr Türk Cumhuriyyətinin artıq Türk Dövlətləri Təşkikatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarda təmsil edildiyini qeyd edib.

“Son olaraq, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvəsi zamanı Şimali Kipr Türk Cumhuriyyətinin şanlı bayrağı da digər ölkələrin bayraqları ilə yanaşı dalğalandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Can Azərbaycan xalqına Kipr mübarizəmizə verdikləri dəstək üçün bir daha təşəkkür edirəm”, - o bildirib.

Oxşar xəbərlər

Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib
Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb
Ərdoğan Prezident İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib
Türkiyə Prezidenti BMT-dəki çıxışında TDT-nin artan əhəmiyyətindən danışıb
Ersin Tatar Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər