Hikmət Hacıyev: Prezidentin jurnalistlərin suallarını açıq cavablandırması Azərbaycana qarşı dezinformasiya cəbhəsinin yarılması üçün vacibdir
Prezidentin iki saat yarımdan artıq dünyanın 50-dən çox ölkəsindən təmsil olunan jurnalistlərin suallarını açıq-aydın cavablandırması Azərbaycana qarşı aparılan dezinformasiya cəbhəsinin yarılması, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacib komponentlərindən biridir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib.
O, bu məsələdə Azərbaycan mediasının rolundan da söz açıb:
"Azərbaycan mediası ölkənin milli maraqlarından çıxış edərək kampaniyaların qarşısında sipər rolunu oynayır, Azərbaycanın obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Bu gün kontent yaradıcılığı və istehsalı baxımından mediamızın göstəriciləri əsaslı dərəcədə artıb. Bu təkcə Azərbaycan dilinə yox, digər dillərə də şamil edilir. Son dövrlər mediamızda "fact check" yanaşmaları da artıb. Həmçinin dövlət orqanlarında dezinformasiya faktlarını müəyyənləşdirərək onları ifşa edən yanaşmalar da əsaslı dərəcədə artıb. Ancaq bu, sonu olmayan bir mübarizədir və daim əsaslı şəkildə məsələlərdən agah olmalıyıq".
Oxşar xəbərlər
Hikmət Hacıyev: İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında medianın rolunu daim yüksək qiymətləndirib
Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub
Prezidentin köməkçisi: Nüfuzlu media qurumları Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparılmasına ön sıradadırlar
Hikmət Hacıyev: Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir
Hikmət Hacıyev: Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













