sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Prezident İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
Ermənistan və Azərbaycanın maraqları müəyyən məqamlarda üst-üstə düşə bilər, lakin İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir.
“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.
“Ermənistan və Azərbaycanın maraqları üst-üstə düşə bilər. Lakin Ermənistan bu məsələni hər zaman fərqli şəkildə görüb. Əgər vaxtilə işğal, azərbaycanlıların deportasiyası və soyqırımı baş verməsəydi, bu gün Cənubi Qafqazda vəziyyət tamam başqa cür olardı. Region çoxdan inteqrasiya olunar, bu qədər vaxt və imkanlar itirilməzdi”, - İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Prezident: "Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşə bilər"
İlham Əliyev: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır”
İlham Əliyev: Zəngəzur bir çox ölkələri birləşdirəcək
İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşacaq
Türkiyəli ekspert: İlham Əliyev Cənubi Qafqazda yeni gələcəyin memarıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













