COP30 üçün media akkreditasiyasına start verilib
sizinxeber.az xəbər saytı

COP30 üçün media akkreditasiyasına start verilib


Braziliyanın Belən şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP30 üçün media akkreditasiyası prosesinə start verilib.

Bu barədə “Sizinxeber.az” Braziliyanın Prezident Administrasiyasına istinadən xəbər verir.

Bildirilib ki, jurnalistlər və digər media nümayəndələri tədbirdə iştirak etmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliyinin onlayn qeydiyyat sistemi (ORS) vasitəsilə müraciət edə bilərlər.

COP30 konfransı 2025-ci il noyabrın 10-dan 21-dək Beləndəki "City Park"ın "Hangar" Konqres və Sərgi Mərkəzlərində keçiriləcək.

Qeyd edək ki, akkreditasiya həmçinin Braziliyanın 6-7 noyabr tarixlərində ev sahibliyi edəcəyi Liderlər Sammitini də əhatə edir. Bu tədbirlə bağlı əlavə məlumatın yaxın günlərdə COP30-un sədrliyini həyata keçirən Braziliya hökuməti tərəfindən açıqlanacağı gözlənilir.

Oxşar xəbərlər

Səfir: "COP29-a Azərbaycanın, COP30-a isə Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir"
Braziliya pre-COP30-un tarixini açıqlayıb
COP30 üzrə BMT-nin yüksək səviyyəli iqlim lideri təyin edilib
Braziliya COP30 üçün Azərbaycandan yol xəritəsi istəyir
İsveçrədə COP29-un əsas nəticələri və COP30-un perspektivləri müzakirə ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər