III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib - VİDEO
sizinxeber.az xəbər saytı

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib - VİDEO


III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.

“Sizinxeber.az”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunacaq və iyulun 21-dək davam edəcək.

İştirakçılar arasında 30-dan çox ölkənin aparıcı informasiya agentliklərinin, 7 beynəlxalq təşkilatın, həmçinin təxminən 80 müxtəlif media qurumunun nümayəndələri var.

Forum media sahəsində qlobal çağırışların müzakirəsi, təcrübə mübadiləsi, yeni peşəkar əlaqələrin qurulması və informasiya əməkdaşlığı sahəsində birgə təşəbbüslərin hazırlanması üçün mühüm platforma olacaq.

Foto: Vüqar Xanlarov

Oxşar xəbərlər

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib
İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər