III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
13:30

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib

19 iy, 2025
13:30
722

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.

“Sizinxeber.az”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunacaq və iyulun 21-dək davam edəcək.

İştirakçılar arasında 30-dan çox ölkənin aparıcı informasiya agentliklərinin, 7 beynəlxalq təşkilatın, həmçinin təxminən 80 müxtəlif media qurumunun nümayəndələri var.

Forum media sahəsində qlobal çağırışların müzakirəsi, təcrübə mübadiləsi, yeni peşəkar əlaqələrin qurulması və informasiya əməkdaşlığı sahəsində birgə təşəbbüslərin hazırlanması üçün mühüm platforma olacaq.

Foto: Vüqar Xanlarov

Bizimlə əlaqə saxlayın