Sizinxeber.az – Azərbaycan Xəbərləri

Valyuta ehtiyatlarımız rekord həddə çatıb – Prezident

Valyuta ehtiyatlarımız rekord həddə çatıb – Prezident
12 dəfə Baxılıb
14 Yanvar 2020 - 12:24

Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmışdır və rekord həddə – 51 milyard dollara çatmışdır. Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir”, – Prezident bəyan edib.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]