Fuad Hüseynov: Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır
sizinxeber.az xəbər saytı

Fuad Hüseynov: Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır


Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların orada vaxtilə yaşadıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət, əmək kitabçaları və s. sənədlərin arxiv fondlarından və şəxsi arxivlərdən toplanmasına başlanılıb:

“Sənədlərin ərazi prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun yaradılması işinə başlanılıb və bununla bağlı komitədə müvafiq komissiya yaradılıb. Məlumatların elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim olunması istiqamətində işlər aparılır. Əminliklə bildirmək istərdik ki, Qərbi Azərbaycana qayıdışın gerçəkləşəcəyi gün uzaqda deyil”.

Oxşar xəbərlər

Komitə sədri: Qərbi Azərbaycana qayıdışla bağlı ikinci beynəlxalq konqresə yüzdən çox qonaq dəvət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Qarabağa min erməni qayıdacaqsa, Qərbi Azərbaycana da min azərbaycanlı qayıtmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial mediada “Qərbi azərbaycanlıların dostları” qrupunun formalaşdırılması təklif olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle