sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Məzahir Pənahov: 112 min 749 yerli müşahidəçi qeydə alınıb
112 min 749 yerli müşahidəçi qeydə alınıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, onların 65 mindən çoxu siyasi partiyaların musahidəciləridir.
M. Pənahov söyləyib ki, 7 077 müşahidəçi təkcə MSK-da qeydiyyatdan keçib. O qeyd edib ki, 105 min 672 nəfər isə məntəqə seçki komissiyalarında akkreditasiyadan keçiblər.
Onun sözlərinə görə, 990 nəfər deputatlığa namizədin 305 nəfəri siyasi partiyaların namizədləridir.
O qeyd edib ki, 371 nəfərin isə siyasi partiya mənsubiyyəti olsa da, bitərəf namizəd kimi qatılıb.
Oxşar xəbərlər
Parlament seçkiləri ilə əlaqədar 592 nəfər partiya səlahiyyətlisi qeydə alınıb
Bu günədək MSK-da 480 müşahidəçi qeydiyyatdan keçib
101 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb
Parlament seçkiləri ilə əlaqədar 592 nəfər partiya səlahiyyətlisi qeydə alınıb
Növbədənkənar parlament seçkilərində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













